Modern.az

Müəllimlərin qarşılıqlı yerdəyişməsinə BAŞLANILIR

Müəllimlərin qarşılıqlı yerdəyişməsinə BAŞLANILIR

18 Aprel 2022, 16:21

Aprelin 18-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müsabiqə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir.

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi