Modern.az

Dövlət qurumlarındakı pozuntularla bağlı 8 tövsiyə hazırlanıb

Dövlət qurumlarındakı pozuntularla bağlı 8 tövsiyə hazırlanıb

Aktual

20 Aprel 2022, 11:26

2021-ci ildə dövlət qurumlarında aşkarlanan pozuntularla bağlı 8 tövsiyə hazırlanıb, Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verib:

 

"2021-ci il üzrə strateji planın qiymətləndirilməsi hələ də təkmilləşməli olan sahələr olduğunu göstərir. Bəzi hallarda verilən tövsiyələr və fiskal göstəricilərin yerinə yetirilməsi aşağı səviyyədə həyata keçirilir. Dövlət vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində maneələr var. Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur. Ümumilikdə uyğunluq auditi nəticəsində 34,2 milyon manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi