Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinin Milli Məclisdə müzakirəsini tövsiyə edib.
Modern.az xəbər verir ki, bununla bağlı Palatanın 2021-ci ildə görülən işlər haqqında hesabatında qeyd edilib.
Sənədə əsasən, Hesablama Palatası tərəfindən publik hüquqi şəxsin büdcəsinin tərtibi prosesinin büdcə sisteminə uyğunlaşdırılması və büdcəsinin təsdiqinin gecikdirilməməsi bildirilib. Eləcə də, Palatanın tövsiyəsində müvafiq publik hüquqi şəxsin büdcədənkənar dövlət fonduna çevrilməsi və bu fondun büdcə layihəsinin və icrasının Milli Məclisdə müzakirə olunaraq qanun formasında təsdiqinin zərurəti qeyd olunub.