Modern.az

Palata daha bir nazirliyin işinə qiymət verdi

Palata daha bir nazirliyin işinə qiymət verdi

Aktual

20 Aprel 2022, 13:20

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə nəticəlilik tam təmin edilməyib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının 2021-ci ildə görülər işlərə dair hesabatında qeyd olunub.

 

Hesabata əsasən, kənd təsərrüfatında rəqabət qabiliyyətinin formalaşdırılması qeyd edilən layihə ilə məhdudlaşıb və bu sahədə işin davamlılığı təmin edilməyib. Bununla belə, layihənin icrasında risk qiymətləndirilməsi sisteminin aşağı səviyyədə təşkil edilməsi bildirilib.

 

Hesablama Palatası “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin icrası ilə bağlı institusional məhdudiyyətlərin olduğunu qeydə alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi