Azərbaycanlı gənc Rəşad Baxşızadə ABŞ-ın Missuri Elm və Texnologiya Universitetinin doktorantura pilləsinə tam təqaüdlə (təqaüd məbləği illik 45.000 dollar) qəbul olunub.
Modern.az xəbər verir ki, Rəşad Baxşızadə bundan başqa həmin universitetdə professor köməkçisi kimi işə başlayacaq. O, yeni işində azı 2300 dollar maaş alacaq.
R.Baxşızadə bakalavr təhsilini ləğv olunmuş Qafqaz Universitetində Fizika müəllimliyi (ingilis dilində) ixtisasında alıb.
O, magistratura təhsilinə qəbul aldığı dünyanın 7 nüfuzlu universiteti arasından seçdiyi Polşanın Varşava Universitetində Nəzəri fizika ixtisasında (Theoretical Physics) yiyələnib. Doktorantura təhsilini isə Kvant fizikasının simulyasiyası mövzusu üzrə alacaq.