Modern.az

Bu proqramlara dövlət büdcəsindən vəsait ayrılmayacaq

Bu proqramlara dövlət büdcəsindən vəsait ayrılmayacaq

Aktual

20 Aprel 2022, 12:52

Hesablama Palatası dövlət büdcəsinin xərcləri haqqında rəyini təqdim edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Palatanın 2021-ci ildə görülən işlər haqqında hesabatında qeyd edilib.

 

Hesabata əsasən, dövlət büdcəsinin xərcləri ilə əlaqəli olaraq, investisiya layihələrinin maliyyələşdirilməsi planlaşdırılarkən icraçı təşkilatların öz vəsaitləri (gəlirləri, mənfəəti) və digər mənbələr üzrə vəsaitlərin cəlb edilməsi imkanlarının qiymətləndirilərək tam nəzarətə alınması tövsiyə edilib.

 

Bundan əlavə, başa çatmamış tikililər üzrə tikinti quraşdırma işlərinin vaxtında yerinə yetirilməsi və layihələrin əsassız olaraq növbəti illərə keçməsinin qarşısının alınması, başa çatmamış tikililərin həcmi çox olan sifarişçi təşkilatlara vəsait ayrılması məsələsinə diqqət edilməsi bildirilib.

 

Hesablama Palatası birdəfəlik təyinatlı xərc istiqamətlərindən yalnız gözlənilməyən təsirlərin qarşısının alınması və aradan qaldırılması istiqamətində maliyyələşmənin aparılması, icra müddəti başa çatmış və oxşar mahiyyətli proqramlara dövlət büdcəsindən vəsaitlərin ayrılmamasını tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi