Hesablama Palatası ötən il 869 milyon manatlıq vəsaitin silindiyini aşkarlayıb.
Modern.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2021-ci ildə görülən işlər üzrə hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ötən il aktivlərin tanınması üçün 869 milyon manat xərcləndiyi göstərilsə də, aktivlər tanınmayıb, sadəcə, pul silinib: "Yoxlamalarımız zamanı aşkarlanmış pozuntu haqqında təşkilatların, qurumların qarşısında şərt qoyulub ki, vəsait büdcəyə bərpa olunmalıdır".