Modern.az

Kişilərdə də döş vəzi xərçənginə rast gəlinir

Kişilərdə də döş vəzi xərçənginə rast gəlinir

Aktual

20 Aprel 2022, 15:52

"Süd vəzi xərçəngindən danışdıqda ağıla tək qadınlar gəlməməlidir. Kişilərdə də döş vəzi xərçənginə rast gəlinir".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva canlı yayımda sualları cavablandırarkən deyib.

 

Nazirlik nümayəndəsi bildirib ki, az rast gəlinməsinə baxmayaraq, kişilərdə döş vəzi xərçəngi daha təhlükəli xarakter alır:

 

"Kişilərdə süd vəzi xərçəngi 80% hallarda genetik yolla yaranır. Bunu erkən müəyyən etmək qadınlara nisbətən daha asan olur. Çünki onlarda süd vəzi kiçik olur və hər hansı şişkinlik ya da dəyişkənlik olarsa rahatlıqla özünümüayinə ilə hiss edə bilərlər. Qadınlarda olduğu kimi, kişilərdə də süd vəzi xərçəngi zamanı axıntı olur. Kişilərdə süd vəzi xərçənginə daha yaşlı insanlarda rast gəlinir. Lakin genetiki faktordan irəli gələrək süd vəzi xərçəngi 40 yaşdan aşağı kişilərdə də müşahidə edilə bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi