Son sutkada Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.
Modern.az xəbər verir ki, Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sülhməramlılar Ağdərə, Xocavənd və Laçın dəhlizində üç marşrut üzrə patrul xidməti həyata keçirib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri obyektlərin və ərazinin təmizlənməsini davam etdirir. Son gün ərzində 62 partlayıcı aşkar edilərək zərərsizləşdirilib.
“Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2369,8 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26324 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”, - məlumatda deyilir.
Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.