Modern.az

Dünya Ermənistana çağırış və təzyiqlər etməlidir

Dünya Ermənistana çağırış və təzyiqlər etməlidir

Aktual

21 Aprel 2022, 09:54

“Kəlbəcərin Günəşli kəndinə səfər edən 20 nəfərə qədər kənd sakini mina qurbanı olmaqdan  son anda xilas olublar. Kənddə gedən yol üzərində ermənilərin basdırdıqları minanın cəsuz hərbçilərimiz tərəfindən vaxtında aşkar edilməsi böyük faciənin qarşısını alıb. Tank əleyhinə mina vaxtında aşkar edilməsəydi, vətəndaşları aparan nəqliyyat vasitəsi partlaya bilərdi. Bu fakt Ermənistanın mina terrorunun növbəti göstəricidir”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni məsələ deyil. Baş verən hadisələr mina terrorunun bütövlükdə erməni terrorizminin yeni forması olduğunu bir daha sübut edir:

 

"Məlumdur ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Bu gün dinc sakinlər öz yurdlarına getmək, doğmalarının məzarlarını ziyarət etmək istəyirlər. Ermənistan isə ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Burada əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.

 

Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, xüsusilə  BMT-dən daha fəal dəstək gözləyir. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olublar. Rəsmi məlumatlara görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə 200 nəfərdən çox vətəndaşımız mina qurbanı olub. Mina partlaması nəticəsində daha çox mülki insanlar həlak olub və ya yaralanıb.  Bu, bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təpkilər göstərməlidir. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə,  məsələn, meşələrdə  tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi