Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsindən narazı qalan müəllimlərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda məlumat verib.
O qeyd edib ki, müsahibədə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri artıq yekunlaşıb:
"Təxmini 300-ə yaxın namizəd apellyasiyaya müraciət edib. Növbəti həftə ərzində apellyasiya müsahibələri onlayn qaydada keçiriləcək və ictimaiyyətə geniş məlumat veriləcək”.