Modern.az

Gəncədə körpəni atan qadın tapıldı – “Uşaq mənim deyil”

Gəncədə körpəni atan qadın tapıldı – “Uşaq mənim deyil”

21 Aprel 2022, 12:02

Aprelin 11-də Gəncədə körpəni başqasına verib, “uşağa bax, pulunu verəcəyəm”, deyərək yoxa çıxan qadın tapılıb.

 

Modern.az-ın məlumatına görə, Nərgiz Əliyeva “Səni axtarıram” proqramına gələrək körpənin onun uşağı olmadığını bildirib.

 

N.Əliyeva hadisənin təfərrüatı haqqında danışıb. O, efir zamanı körpəni aparmayacağını deyib:

 

“Mənim iki övladım var. Bu körpə rəfiqəmin uşağıdır. Baxmaq üçün mənə vermişdi, mən isə baxa bilmədiyim üçün atdım. Göygöldə vəkil köməkçisi olaraq çalışıram. O uşaqla heç bir bağlılığım yoxdur".

 

Qeyd edək ki, bir neçə gün əvvəl Əliyeva Nərgiz  4 aylıq körpəni ataraq qaçıb. Məsələni Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib. Onun sözlərinə görə, körpə barədə məlumatlar aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirilib.

 

"Dərhal həkim dəvət edilib. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır", - deyə hüquq müdafiəçisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi