Bir müddət öncə ölümlə təhdid olunduğunu bildirən deputat Tahir Kərimli məsələnin bundan sonra ictimailəşdirilməsini istəmir.
Bu barədə Modern.az-a deputat özü məlumat verib. Tahir Kərimli araşdırmanın nəticələri haqqında mətbuata informasiya verməkdən imtina edib:
"Həmin təhdidlə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Müəyyən addımlar atılıb. Şəxsin kimliyi də məlumdur. Amma bununla bağlı mətbuatda daha artıq məlumatın yayılmasını istəmirəm".
Xatırladaq ki, fevralın 16-da sosial şəbəkələrdə deputat Tahir Kərimlinin oyuncaq “əjdəha” ilə videosu yayılmışdı. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib. Daha sonra Tahir Kərimli bu təhdidlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.