Modern.az

Pentaqon rəhbəri Ukraynanın baş naziri ilə görüşdü - FOTOLAR

Pentaqon rəhbəri Ukraynanın baş naziri ilə görüşdü - FOTOLAR

22 Aprel 2022, 09:28

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda Ukraynanın baş naziri Denis Şmıqal ilə görüşüb.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

 

“Ukraynanın baş naziri Denis Şmıqalı Pentaqonda təbrik etdim”,-  deyə Ostin yazıb.  

 

Onun sözlərinə görə, o, Rusiya qüvvələrinin Ukraynanın şərqində yeni hücuma keçməsi zamanı ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə sarsılmaz və davamlı dəstəyini bir daha təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı