Modern.az

Qalib gəlmək üçün həmrəy olmalıyıq - TÜRKPA 

Qalib gəlmək üçün həmrəy olmalıyıq - TÜRKPA 

Aktual

22 Aprel 2022, 12:02

TÜRKPA olaraq qarşıda duran çağırışlara və təhdidlərə qalib gəlmək üçün həmrəy olmalıyıq. 

 

Modern.az xəbər verir ki, bunu TÜRKPA-nın Milli Məclisdə keçirilən iclasında Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov deyib.

 

O qeyd edib ki, pandemiya bütün ölkələrin rifah səviyyəsinə təsir göstərib: 

 

“Bu, bütün dünyanın problemidir. Biz sosial və humanitar məsələlərdə də biryerdə olmalıyıq. Ölkələrimizdəki insanların rifahının yaxşılaşdırılması üçün birgə fəaliyyət göstərməliyik. Ümid edirəm ki, bizim münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək”.

 

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclası keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi