Modern.az

Çaylarda sululuğun azalmasının səbəbi AÇIQLANDI

Çaylarda sululuğun azalmasının səbəbi AÇIQLANDI

22 Aprel 2022, 16:20

“Azərbaycanda xüsusilə tranzit çaylarda sululuğun həddən artıq azalması müşahidə olunur".

 

Modern.az xəbər verir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin "Azdövsutəslayihə" İnstitutunun direktoru Elbrus Paşayev "Ekspert saatı"nda məlumat verib. O qeyd edib ki, buna səbəb isə çayların mənbələri və keçdikləri ölkələrdə çoxlu su anbarlarının tikilməsidir:

 

"Su anbarları çayların üzərində yerləşdiyindən sululuğun azalmasına gətirib çıxarır. Ekoloqların, melioratorların təklifinə görə, mənbəyi Azərbaycanda olan çaylar üzərində su ehtiyatları əldə edilməlidir.

 

Prezident İlham Əliyevin 2020-ci ildə respublikada 10 su anbarının layihələndirilməsi və tikilməsi ilə bağlı Sərəncamına əsasən, Nazirlər Kabinetində Su komissiyası yaradılıb". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi