Modern.az

Nazirlik Əlifba bayramı ilə bağlı açıqlama yaydı

Nazirlik Əlifba bayramı ilə bağlı açıqlama yaydı

22 Aprel 2022, 21:05

Bu il məktəblərdə Əlifba bayramı keçirilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb.

 

“Yeni tədris proqramları, eləcə də təhsilə daha erkən başlama öyrənməni daha çevik edir. Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinifədək hərfləri öyrənə bilirlər. Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır”, - nazirlik rəsmisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi