Modern.az

Ukrayna müharibəsində 208 uşaq ölüb

Ukrayna müharibəsində 208 uşaq ölüb

23 Aprel 2022, 16:11

Ukraynada fevralın 24-də başlayan müharibə nəticəsində həlak olan uşaqların sayı 208-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, müharibə dövründə Ukraynada 595-dən çox uşaq zərər çəkib. Onlardan 208 nəfəri ölüb, 387-si xəsarət alıb. Uşaqlar ən çox Donetsk vilayəti, Kiyev, Xarkov, Çerniqov, Xerson, Nikolayev, Luqansk, Zaporojye, Sumı və Jitomirdə zərər çəkiblər.

 

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə nəticəsində 1500 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 102-si tamamilə məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?