Modern.az

Əbülfət Rzayev Bəxtiyar Hacıyevi qəbul etdi

Əbülfət Rzayev Bəxtiyar Hacıyevi qəbul etdi

Aktual

25 Aprel 2022, 19:35

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general-mayor Əbülfət Rzayev ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin özü məlumat yayıb.

 

"Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb", - deyən ictimai fəal onunla bağlı işin nazirin nəzarətində olduğunu vurğulayıb.

 

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırıldığını yazmış və həmin gün məsələ ilə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi