Modern.az

“Azərsu”yun Qarabağdakı abonentlərinin SAYI

“Azərsu”yun Qarabağdakı abonentlərinin SAYI

Aktual

27 Aprel 2022, 14:36

"Azərsu" ASC Şuşa, Hadrut, Kəlbəcər, Zəngilanda fasiləsiz xidmət göstərir. Həmin ərazilərdə 200-dən çox abonent var.

 

Modern.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

 

Onun sözlərinə görə, Ağdam şəhərinin su mənbəyinin müəyyən olunması ilə bağlı kompleks işləri aparılır: "İki qiymətləndirmə kəşfiyyat quyusu qazılıb. Bu quyularda artıq məhsuldarlıq, suyun keyfiyyəti, suyun içilməsi artıq uyğundur, mənbənin yeri məlumdur. Həmin quyular imkan verdi ki, Ağdamdan su təchizatını həmin yeraltı mənbələr hesabına aparaq. Gələcəkdə bununla bağlı baş planlar çərçivəsində işlər görüləcək. Magistral kəmərin, anbarın tikintisinin, daxili şəbəkənin yaradılması işlərini həyata keçirəcəyik. Ağdam rayonu Xıdırlı kəndi istiqamətində nisbi su artezian quyusu qazılıb. Şuşa şəhərinin anbarının tikintisinə və şəhərdaxili şəbəkələrin bir hissəsinin yenilənməsi işlərinə hazırlaşırıq. Son bir il ərzində bütün aylarda qiymətləndirmə işləri aparıldı. Laçındakı bütün hərbi obyektlər su ilə tam təmin olunub. İşğaldan azad olunmuş bölgələrimizdə içməli su ilə bağlı heç bir problem yoxdur". 

 

Qurum rəsmisi əlavə edib ki, azad olunmuş bölgələrdə ən bol sulu ərazi Kəlbəcər və Laçındır: 

 

"Kəlbəcərin magistral xətti bərpa edilib və rayon ərazisində yerləşən hərbi, mülki obyektlər su ilə təmin olunub. Kəlbəcərin baş planı hazır olandan sonra rayon ərazisində yerüstü sulardan istifadə olunacaq. Orada neçə su anbarı tikiləcəyini dəqiq deyə bilmərik. Bildiyiniz kimi, yerüstü sularda kəşfiyyat deyil, daha çox qiymətləndirmə aparılır. Yəni, suyun debiti yayda və qışda necə olur, suyun keyfiyyəti necədir, yağıntılı dövrlərdə sel daşqınları zamanı suyun çirklənməsi necə olur və s. Bunlar hamısı kompleks şəkildə araşdırılır və sonda qərar veriləcək. Əsas odur ki, içməli su mənbəyi ilə bağlı heç bir problemimiz yoxdur."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi