Modern.az

Kürdəki vəziyyətlə bağlı açıqlama - Problem var

Kürdəki vəziyyətlə bağlı açıqlama - Problem var

Aktual

27 Aprel 2022, 15:50

Kürün aşağı axınında içməli su ilə bağlı problemlər yaşanır. 

 

Modern.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında deyib.

 

Şöbə rəisi bildirib ki, Neftçala şəhəri və rayonun 14 yaşayış məntəqəsində 2020-2021-ci ildə görülən layihələr hesabına Kür sutəmizləyici qurğuları ilə Şirvan-Muğan qrup su kəmərindən su alınır: 

 

"Hədəfimiz odur ki, qalan 38 yaşayış məntəqəsində su təminatı aparılsın. Layihə təklifimiz var və layihəyə əsasən kəndlərin bir qismini Salyan şəhər su şəbəkəsi ilə qidalandırıb su verəcəyik, bir qismini isə mövcud şəbəkə ilə, digər qismini isə Şirvan- Muğan qrup Biləsuvar su kəməri hesabına, sonuncu qismi isə lokal həll hesabına aparmaq istəyirik."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi