Milli Məclisin deputatı Fatma Yıldırım aprelin 25-də seçildiyi Bərdə rayonunda seçicilərin növbəti qəbulunu keçirib.
Modern.az xəbər verir ki, qəbul zamanı Bərdə sakinlərinin problemlərini dinlənilib, onların müraciətləri qeydə alınıb.
Vətəndaşlarla görüşün daha səmərəli keçirilməsi məqsədilə yerli icra hakimiyyəti orqanının rəhbər heyəti və Bərdə rayonu üzrə dövlət orqanlarının məsul şəxsləri də görüşdə iştirak ediblər. Bəzi məsələlər yerindəcə öz həllini tapıb.
Deputat bununla bağlı qeyd edib ki, seçiciləri ilə mütəmadi görüşmək və onların problemləri ilə maraqlanmaq bundan sonrakı fəaliyyətinin prioritet istiqaməti olacaq.