Modern.az

Meşələrin yaxınlığında qanunsuz ocaqxanalar aşkarlandı

Meşələrin yaxınlığında qanunsuz ocaqxanalar aşkarlandı

29 Aprel 2022, 16:12

"2021-ci ildə meşələrə yaxın ərazidə, qanunsuz ocaqxanalarda kömür istehsalı ilə bağlı 20-yə yaxın fakt aşkarlanıb".

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev "Ekspert saatı"nda bildirib.

 

"Bu hallar sənədləşdirilib və baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib. Bu ilin mart ayı ərzində Qax rayonunda qanunsuz ocaqxanalarla əlaqəli 16 nəfərin fəaliyyəti aşkarlanıb", - FHN rəsmisi deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi