ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, təbrik mətni səfirliyin tviter səhifəsində paylaşılıb.
Paylaşımda deyilir: “Amerika Birləşmiş Ştatları bütün azərbaycanlıları və dünyada Ramazan bayramını qeyd edən hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Ramazan Bayramınız Mübarək.”