Modern.az

Cənubi Qafqazda sülh erası başlayıb - Nizami Səfərov

Cənubi Qafqazda sülh erası başlayıb - Nizami Səfərov

3 May 2022, 12:15

"Prezident cənab İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransındakı nitqində xüsusi olaraq qeyd etdi ki, tədbir iştirakçılarının Şuşaya aparan yol boyunca və Şuşada gördükləri otuz illik işğal ərzində baş verən kütləvi dağıntıların gözə çarpan təzahürüdür. İşğalçı dövlətin silahlı qüvvələri tərəfindən mülki infrastrktur obyektlərinin dağıdılması, dinc əhalinin yaşadığı məkanların yerlə-yeksən edilməsi beynəlxalq humanitar hüququn təməlini təşkilən edən coxtərəfli beynəlxalq müqavilələrin – 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarının pozulmasının bariz nümünəsidir. Ermənistan tərəfinin törətdiyi çoxsaylı beynəlxalq cinayətlər sırasında Kəlbəcər, Laçın, Zəngilan və Şuşada bu ölkənin hökümətinin sponsorluğu ilə həyata keçirilən qeyri-qanuni məskunlaşma xüsusi yer tutur".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

 

Deputat qeyd edib ki, əvvələr işğal altında olmuş ərazilərimizdə ermənilər tərəfindən məskunlaşlmanın həyata keçirilməsi əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, gələcəkdə nizamlama prosesinin çətinləşməsi, məcburi köçkünlərin daimi yaşadıqları yerlərə qayıtmasının qarşısının alınmasına hesablanan mənfur bir siyasət idi:

 

"Məsələ burasındadır ki, müasir şəraitdə işğal altında olan ərazilərdə işğalçı dövlət tərəfindən qeyri-qanuni məskunlaşmanın həyata keçirilməsi qəti qadağandır və bu qadağa hamılıqla tanınan beynəlxalq adət hüququnun norması statusuna malikdir. 

 

İşğal edilmiş ərazilərdə əhalinin etnik tərkibinin dəyişdirilməsi universal səviyyədə beynəlxalq birlik tərəfindən qəbul edilmir, qətiyyətlə pislənir və burada bir sıra maraqlı məqamlara toxunmaq lazımdır. İlk növbədə qeyd edilməlidir ki, Qarabağ reqionunda baş verən hadisələrə münasibətdə Cenevrə Konvensiyalarının normaları şamil edilir. 

 

“İşğal edilmiş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair” 9 iyul 2004-cü il tarixli Məsləhət rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd edib ki, “Dördüncü Cenevrə konvensiyası iki və ya daha çox Yüksək Razılığa gələn Tərəflər arasında yaranan silahlı münaqişə zamanı işğal olunmuş ərazilərə tətbiq edilir”. Nəzərə almaq lazımdır ki, artıq tarixə qovuşan silahlı münaqişənin tərəfləri Dördüncü (“Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında”) Cenevrə konvensiyasının iştırakçılarıdırlar: Azərbaycan Respublikası 21 aprel 1993-cü il tarixində, Ermənistan isə 7 iyun 1993-cü ildə bu beynəlxalq-hüquqi sənədə qoşulub".

    

"Bir daha vurğulamaq lazımdır ki, yuxarıda qeyd edilən Cenevrə Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndinə əsasən “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və yə köçürə bilməz”.

 

Bu maddəni diqqətə alan 8 iyun 1977-ci ildə Cenevrə Diplomatik konfransında qəbul edilmiş “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında 12 avgust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I Protokol)” 85-ci maddəsinin 4-cü hissəsinin “a” bəndinə əsasən “işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz mülki əhalisinin bir hissəsinin köçürülməsi bu Protokolun ciddi pozuntusu (qrave breach)  sayılır”, yəni bu əməllər müharibə cinayətin tərkibini ehtiva edir.

 

Yuxarıda istinad edilən “İşğal edilmiş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair” Məsləhət rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd edir ki, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” Cenevrə konvensiyasının 49-cu maddəsinin 6-cı bəndi “nəyinki İkinci dünya müharibəsi dövründə həyata keçirilən deportasiya və ya əhalinin zorakılıqla köçürülməsinə bənzər hərəkətləri, həmçinin işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz əhalisinin qruplarının köçürülməsinin təşkilini və ya bunun həvəsləndirilməsini qadağan edir”. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunda Ermənistan tərəfindən həyata keçirilmiş qeyri-qanuni məskunlaşma müharibə cinayəti olmaqla, bu dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə münasibətinin bariz nümunəsidir.

 

Heç bir şübhə yoxdur ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulması, dinc mülki əhaliyə qarşı amansızcasına soyqırım, müharibə cinayətləri və insanlıq əlehinə cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar. Bununla yanaşı, məxsusi vurğulanmalıdır ki, 44-günlük Vətən müharibəsində zəfər çalan Azərbaycan artıq əyani formada bəyan etmişdir ki, regionda yeni era – dayanıqlı sülh və təhlükəsizlik, səmərəli əməkdaşlıq erası başlanıb və onun bünövrəsini Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilən uzunmuddətli strategiya təşkil edir", - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi