Azərbaycan təhsilinin və elminin son 50 ildə və bu gün də davam edən istiqaməti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Nazir qeyd edib ki, 1970-cı illərdə məktəb şəbəkəsinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin səylərinin nəticəsi olub:
"Əgər 1970-ci ilin əvvəlində Azərbaycanda 765 məktəb var idisə, 70-ci ilin sonunda məktəblərin sayı 2117-ə çatdırılıb. 50 ildə ali təhsillə əhatəlilik nisbətinin dəfələrlə artmasının şahidi olarıq. Bu sahədə aparılan işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".