"Erməni xalqı millətçi olduğu qədər də inadkardır. Tarixən belə olub və bu gün də belədir. Artıq Ermənistan çıxılmaz böhran vəziyyətində, xalq acınacaqlı durumdadır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, hazırda Ermənistanda iqtisadiyyat tamamilə çöküb, yoxsulluq, səfalət baş alıb gedir, qarşıdurmalar gündən - günə gərginləşir, siyasi çəkişmələr, şəxsi mənafelər uğrunda mübarizə səngimək bilmir, əksinə daha da sürətlənir.
"Ölkə boşalır, rəsmi məlumatlara görə, 2021-ci ildə ölkəni tərk edən ermənilərin sayı qayıdanların sayından, demək olar ki, 44 min çoxdur. Əhalinin ölkədən axını müharibədən əvvəl də dayanmırdı və indiki çətin şəraitdə onun daha da artacağı gözlənilir. Ermənistan ordusu da yox vəziyyətindədir. Ordunu nəinki silahlarla, ərzaqla, geyimlə təmin etmək belə problemdir. Rusiyanın və diaspora təşkilatlarının maddi yardımına həmişə bel bağlayan ermənilər indi bundan da tədricən məhrum olmaqdadılar. Rusiyaya sanksiyaların tətbiq edilməsi Ermənistana pul köçürmələrin miqdarını kəskin şəkildə azaldıb. Belə bir vəziyyətdə - çətin durumda olan millətçi ermənilər yenə də inadkarlıqlarından əl çəkmirlər, necə deyərlər kürəklərini yerdə görmək istəmirlər. Onlar yenə də silahlanmaq, revanş götürmək, əvvəllər işğal etdikləri Azərbaycan ərazilərini geri qaytarmaq, "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayırlar. Çox qəribədir. Axı onlar 44 günlük müharibədə nəyə qadir olduqlarını, necə “hünər” göstərdiklərini gördülər və müharibənin dəhşətlərini yaşadılar. Dağıldılar, çökdülər, yalvardılar, məğlubiyyət aktına qol çəkdilər. Başıpozuq ordularının, bacarıqsız hərbi rəhbərlərinin, boşboğaz, yalançı siyasi xadimlərinin, fərari əsgər və zabitlərinin fərasətini, cəsarətsizliyini görən xalq aldandığını bir daha anladı, duydu. Axı o günlərdən çox keçməmişdir və bu gün mitinqlərdə müharibəyə çağırış edənlərin görünür dəmir yumruğa ehtiyacı var. Belə olmasa erməni xalqı dünəninə baxıb bu gününə şükür eyləyər və ona faciələr gətirən inadından əl çəkərdi. Erməni xalqının sonu yaxşı görünmür", - deyə komitə sədri vurğulayıb.