"Vaxtilə İŞİD-in tərkibində fəaliyyət göstərən şəxslər var ki, Azərbaycana qaytarılıblar. Onların arasında təmsil etdiyim Tovuz-Gədəbəy bölgəsindən olan vətəndaşlar da var".
Modern.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat həmin şəxslərin övladları ilə bağlı məsələyə diqqət çəkib:
"O uşaqlarla bağlı hansı addımlar atılıb? Uşaqların ataları həbs olunub, anaları isə başqa adamla nikaha məcbur edilib. 2018-ci ildən bəri ümumilikdə 286 nəfəri azyaşlı olmaqla, 288 nəfər Azərbaycana qaytarılıb. Bunlardan 2 nəfəri isə qadın olub. 2021-ci ildə isə Suriya və İraqdan 81 nəfər Azərbaycana gətirilib. Potensial olaraq gələcəkdə bu uşaqların, bu anaların taleyi ilə bağlı işlərə ehtiyac var”.