Modern.az

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Aktual

5 May 2022, 14:08

Politoloq Qabil Hüseynlinin 3-cü doza vaksindən sonra vəziyyətinin pisləşdiyi ilə bağlı xəbərlər yayılıb.

Modern.az-ın əməkdaşı bununla bağlı politoloqun özü ilə əlaqə saxlayıb, yayılan xəbərlər barədə soruşub.
 

Q,Hüseynli səhhətilə bağlı bağlı bunları qeyd edib:

“Düzgün yazmırlar. Səhhətimdə irəliləyiş var. Sadəcə olaraq, 3-cü doza vaksin vurdurandan sonra təngnəfəslik yaranmışdı. Nəfəs alanda, danışanda nəfəs darlığı yaranırdı. O da artıq ötüb keçibdir. İndi vəziyyətim yaxşıdır. Allaha çox şükür, günü-gündən yaxşılaşıram. Son iki gündür daha yaxşıyam”.

Xəstəxanada aldığı müalicədən danışan politoloq bunları əlavə edib:

“Xəstəxana da müəyyən qədər kömək oldu. Ancaq əsas evdə müalicə alıram. Yoldaşım özü yaxşı həkimdir. O, müalicə edir. Demək olar ki, artıq ciddi problem yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?