Modern.az

Vergidən yayınmaq üçün yaşlı adamın adına şirkət açırlar

Vergidən yayınmaq üçün yaşlı adamın adına şirkət açırlar

5 May 2022, 17:02

"Biz Cəlil Məmmədquluzadənin "Poçt qutusu"dan istifadə etməliyik? İndi hansı dövrdə yaşayırıq?!"

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Komitə sədri deputat Razi Nurullayevin sahibkarların incidildiyi haqqında fikirlərinə də münasibət bildirib:

 

"Sahibkarlar haqqında səsləndirilən fikirlər əsaslandırılmalıdır. Ola bilər hansısa sahədə problem var, bu araşdırılmalıdır. Elə sahibkar var, bir evi 5-10 adama satır. Vergidən yayınmaq üçün qoca adamın adına şirkət açırlar. İşçiləri əmək müqaviləsi olmadan işə götürənlər var. Milli Məclisdə qaldırılan məsələlərin arxasında konkret əsaslandırılmış fakt olmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi