Modern.az

Azay Quliyev Avropa ölkələrinə gedir

Azay Quliyev Avropa ölkələrinə gedir

Aktual

7 May 2022, 15:46

Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev qurumun bir sıra üzv ölkələrinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, deputat ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 8-dən 10-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində, 10-11 may tarixlərində Albaniyanın paytaxtı Tiranada, mayın 11-dən 13-nə kimi Monteneqronun paytaxtı Podqoritsada olacaq.

 

Səfər çərçivəsində bu ölkələrin dövlət rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Səfər zamanı ölkələrin hazırki vəziyyəti təhlil ediləcək, regionda mövcud durumun qiymətləndirilməsi aparılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi