Modern.az

Mətbuat Şurası Aytən Məmmədova ilə bağlı bəyanat yaydı

Mətbuat Şurası Aytən Məmmədova ilə bağlı bəyanat yaydı

Aktual

9 May 2022, 15:06

Mətbuat Şurası jurnalist Aytən Məmmədova ilə bağlı insidentin hüquqi qiymət almalı olduğunu bəyan edib. 

 

Modern.az xəbər verir ki, Şuranın sədri Əflatun Amaşovun sözlərinə görə, məsələnin araşdırılmasına xüsusi yanaşma mütləqdir:

 

"Söhbət azad sözə qarşı hücumdan, jurnalistin peşəkar fəaliyyətinə maneçilik cəhdindən, açıq təhdiddən gedir, bu hal Azərbaycanda söz və ifadə azadlığı istiqamətində əldə edilmiş uğurlara kölgə salır və onun araşdırılmasına xüsusi yanaşma mütləqdir. Əminəm ki, hüquq-mühafizə orqanları insidentə ciddi şəkildə diqqət yetirəcək, günahkarlar layiqli cəzalarını alacaqlar. Azərbaycan Mətbuat Şurası olaraq biz də öz tərəfimizdən məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə daimi təmasdayıq. Nazirlikdən hadisənin nəzarətə götürüldüyünü, araşdırmanın aparıldığı bildirilib. Belə həssas yanaşma günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır”.

 

 

Qeyd edək ki, paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal küçəsi 11 ünvanında yaşayan jurnalist A. Məmmədova binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi