Modern.az

Azay Quliyev Makedoniya prezidenti ilə görüşdü

Azay Quliyev Makedoniya prezidenti ilə görüşdü

Aktual

10 May 2022, 11:42

Avropada səfərdə olan deputat Azay Quliyev Şimali Makedoniyanın prezidenti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev və prezident Stevo Pendarovskinin görüşü Makedoniyanın paytaxtı Skopyada baş tutub.

 

Deputat görüşdə ölkədə aparılan islahatları, siyasi partiyalar arasında mövcud dialoq mühitinin, Cənubi Şərqi Avropa regionunda dövlətlərarası əməkdaşlığın hazırkı vəziyyətinin, bu ölkənin Avropa İttifaqına üzvlüyünün və 2023-cü ildə ATƏT-in sədri kimi müəyyən etdiyi prioritet istiqamətlərin müzakirə edildiyini bildirib. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi