Modern.az

Lend-liz qanunu Ukraynadakı müharibənin taleyini həll edəcək

Lend-liz qanunu Ukraynadakı müharibənin taleyini həll edəcək

Aktual

10 May 2022, 15:38

Mayın 9-da ABŞ Prezidenti Co Bayden Ukrayna ilə bağlı lend-liz qanununu imzalayıb. Qanun Kiyevə hərbi yardımın göndərilməsini sadələşdirəcək. Sənəd ABŞ Prezidentinə Ukraynaya silah göndərmək, eləcə də digər məqsədlər üçün daha geniş səlahiyyətlər verəcək.

 

Qeyd edək ki, sonuncu dəfə lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan silah və digər hərbi vasitələr ABŞ-ın müttəfiqlərinə göndərilib.

 

Maraqlıdır, ABŞ-ın bu addımı müharibənin gedişatına necə təsir edəcək?

 

Bununla bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, İkinci Dünya Müharibəsi zamanı SSRİ-yə təxminən 30 milyard dollarlıq silah, tank, top, artilleriya, minomyot və yük avtomobilləri göndərilib. Hətta müharibədən sonra da Sovet İttifaqı həmin avtomobillərdən istifadə edirdi.

 

 

“Ardınca Amerika, Böyük Britaniya və Fransa birlikdə 1994-cü ildə Hitler faşizminə qarşı ikinci cəbhəni açdılar. Bu, müharibənin taleyini həll etdi. Bu gün deyirlər ki, müharibə yalnız rusların çiyinlərində idi, bu fikirlər tamamilə səhvdir. Amerika və digərlərinin köməyi olmasaydı, Hitler üzərində belə qələbə qazanılmazdı.

 

Hazırda imzalanan led-liz qanunu Ukraynaya hərbi dəstəyin göstərilməsini özündə ehtiva edir. Bu qərar Ukrayna ordusunun ən yüksək səviyyədə silahlanmasını və Rusiya üzərində qələbəsini təmin edəcək. Artıq bu silahlar Ukraynaya daxil olmaqdadır. Silahlar arasında elələri var ki, Moskvaya qədər zərbə endirə bilər”.

 

 

Qabil Hüseynli Ukraynaya “Marşal planı”nın da tətbiq edildiyini bildirib:

 

“Bu, 40 dövlətin birlikdə qəbul etdiyi plandır. İkinci Dünya Müharibəsindən sonra “Marşal planı” yalnız Almaniyaya şamil edilmişdi və bunu təkcə Amerika tətbiq edirdi. İndi isə 40 dövlət birgə planı Ukraynaya şamil edir. Yəni daşı-daş üstündə qalmayan Ukraynanın yenidən inşası, müasir dövlətə çevrilməsi, iş yerlərinin açılması, fabrik, zavodların bərpası, Ukraynanın Avropanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsini özündə ehtiva edir. Bu kontekstdə Belarusda “kolxoz sədri” olan Aleksandr Lukaşenkonun ölkəsində də dəyişikliklərin baş verəcəyi ehtimalı var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi