Modern.az

Vüqar Səfərli kassasiya şikayəti VERDİ

Vüqar Səfərli kassasiya şikayəti VERDİ

11 May 2022, 10:40

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli kassasiya şikayəti verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

 

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi