"Valideynlər özləri həkim olmalı, uşaqlardakı kiçik bir sümük deformasiyası görsələr belə həkimə müraciət etməlidirlər".
Modern.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
Həkim bildirib ki, xüsusilə uşaqlarda oturma vərdişləri, oturduqları əşyalar onurğa əyriliyinə səbəb ola bilir:
"Baxın, orta məktəblərdə, təhsil müəssisələrində oturacaqlar daha sərtdir, onurğa hissəsi bərkdir. Bu, onurğanın düz dayanmasına hesablanıb, müsbət təsir edir. Amma son zamanlar xüsusilə, iş yerlərinin əksəriyyətində insanlar kreslo tipli oturacaqlarda otururlar. Adətən yumşaq və elastik olan oturacaqlar onurğaya düşən yükü artırır. Ona görə, bütün gün oturaq həyat keçirən şəxslərin bir müddət gəzdikdən sonra onurğasında ağrılar yaranır. Məsləhət görərdim ki, gündəlik az da olsa onurğanı rahatladacaq hərəkətlər etsinlər”.