Modern.az

"ASAN xidmət"də növbə götürmək ASANLAŞDI

Aktual

12 May 2022, 10:07

"ASAN xidmət" növbə sistemində yenilik edib.

 

Bu barədə "ASAN xidmət"dən Modern.az-a verilən məlumatda bildirilib.


- Artıq mobil tətbiqlə yanaşı mərkəzlərdə məlumat köşkü vasitəsilə növbəti gün üçün də istənilən xidmətə və istənilən mərkəzə, həmçinin www.asan.gov.az saytından (ASAN Login) onlayn növbə əldə etmək mümkündür;

 

- Mərkəzlərdə xidməti pəncərələrdə yerləşdirilmiş xüsusi POS-terminalllar vasitəsi ilə bank ödənişlərini onlayn qaydada daha asan həyata keçirmək mümkündür.

 

Bildirilib ki, yaxın vaxtlarda isə QR kod vasitəsi ödəmə imkanları yaradılacaq. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir