Modern.az

Tikinti materialları bazarında SON DURUM

Tikinti materialları bazarında SON DURUM

Aktual

13 May 2022, 10:27

“Aprel ayı ərzində tikinti materialları bazarındakı qiymətlərdə 0,14% azalma, ötən ilin analoji dövri ilə müqayisədə isə 17,50% artım qeydə alınıb”.

Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, aprel ayı ərzində daş və dəmir məmulatların, dam örtüklərinin, sementin və qumun qiyməti dəyişməyib.

 

 

“Ötən illə müqayisədə daş məmulatların qiyməti 9,09%, dəmir məmulatların qiyməti isə 20,83%  artıb. Apreldə taxta məmulatlarının qiyətində mart ayı ilə müqayisədə 2,13% azalma müşahidə olunub. Ötən ilin hesabat dövrü ilə müqayisədə isə 15,00% artıb. Ötən ilə nisbətən dam örütklərinin qiyməti 13, 52%, sementin qiyməti 9,02% artıb. Hesabat dövrü ilə müqayisədə isə qumun qiymətində dəyişiklik olmayıb”, - ekspert qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi