Bizim Milli Məclisdə qaldırdığımız, hətta qəbul etdiyimiz məsələlər icra olunmur.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa fikir bildirib.
"Biz 6 uşağı olan ailəyə müavinət verilməsi haqqında qanun qəbul edirik. Nazirlər Kabineti qayda tətbiq edir ki, uşaq 1 yaşına çatmalıdır. Onunla əsaslandırırlar ki, görək uşaq sağ qalır, yoxsa yox. Bəs biz bu müavinəti uşaq sağ qalsın deyə verməliyik. Pul verməsək uşaq nə ilə sağ qalacaq?" - deputat qeyd edib.