“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalının ilk nüsxələri icra başçılarına verilsin.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rustəmxanlı deyib.
Deputat fikrini bu cür davam etdirib:
"İcra başçıları Bakıdakı yaşıllıqları peşəkar şəkildə məhv etdiklərinə görə, onlara medal verilsin. Məncə, medalların adları qısa və konkret olsa, daha yaxşıdır. Bu medalın adı uzundur. "Ətraf mühitin mühafizəsində fərqlənməyə görə" olmalıdır".