"Himayədar ailə" modelinin tətbiqi istiqamətində normativ hüquqi bazaların yaradılması, qurumlar arasında razılaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib.
"Normativ hüquqi bazaya uyğun idarəetmənin qurulması üçün elektron altsistemin hazırlanması prosesi gedir və prosesin icrası üçün işçi heyət hazırlanır", - deyə departament müdiri qeyd edib.