"2019-cu ildən indiyədək övladlığagötürmə ilə bağlı qeydə alınan 643 müraciətdən 101-i nənə-babalardır".
Modern.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.
Onun sözlərinə görə, həmin müraciətlərdən 61-nə müsbət rəy, 31-nə isə imtina cavabı verilib:
"Qiymətləndirmə zamanı məlum olub ki, həmin müraciət formal xarakter daşıyıb”.