Azərbaycanın iqlim dəyişikliklərinə həssaslıq indeksi artıb.
Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, bu fakt araşdırmalar nəticəsində təsdiqini tapıb:
"Məsələn, son dövrlərdə quraqlıq müddəti uzanıb, amma leysan yağışlı günlərin sayı da atdıb. Uzun müddət yağış yağmadığına görə, quraqlıq kimi qiymətləndirilir. Lakin bəzi hallarda aylıq norma bir gündə yağdıqda bu, daşqınlarına səbəb olur”.