Modern.az

Müharibələr iqlimə mənfi təsir göstərir - Nazirlik

Müharibələr iqlimə mənfi təsir göstərir - Nazirlik

13 May 2022, 16:58

“Müharibələr atmosferə mənfi təsir göstərir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov “Ekspert saatı”nda deyib.

 

“Hərbi əməliyyatlarda istifadə olunan silah və texnika iqlim dəyişmələrinə mənfi təsir göstərir. Amma gələcəkdə bu cür iqlim dəyişmələrinin artması yeni münaqişələrə gətirib çıxara bilər. Müharibələrdə istifadə olunan texnikanın ekoloji duruma təsirinin hesablanması üçün kifayət qədər məlumat olmalıdır. Bu əməliyyatlar zamanı meşə örtüyü də məhv edilir”, - deyə qurum rəsmisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi