Modern.az

Ombudsman Bursa valisi ilə görüşdü

Ombudsman Bursa valisi ilə görüşdü

13 May 2022, 22:50

Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüşüb.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, görüşlər zamanı S. Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat verib.

 

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi