Modern.az

“Yaz festivalı”ndan FOTOREPORTAJ 

“Yaz festivalı”ndan FOTOREPORTAJ 

Aktual

14 May 2022, 20:35

Bu gün Xaçmaz şəhərində xüsusi canlanma müşahidə edilirdi. Buna səbəb Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq rayonda aqrar sahənin inkişafına təkan verəcək “Yaz festivalı”nın keçirilməsi idi.

 

Modern.az xəbər verir ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, fermerlər, sahibkarlar, eləcə də müxtəlif şirkətlərin nümayəndələri, həmçinin yerli və xarici qonaqlar iştirak edirdilər. İsti hava şəraitinə baxmayaraq, festival iştirakçıları sərgilənən məhsullarla, texnika ilə yaxından tanış oldular.

 

Festivalın keçirilməsinin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək üçün müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələrin qurulması idi.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov fermerlərlə görüşərək onların sərgilədikləri məhsullarla tanış oldu, səmimi söhbətlər etdi. Festival günün sonunda əyləncə konsert proqramı ilə tamamlandı

 

"Yaz festivalı"ndan maraqlı görüntüləri təqdim edirik:

 

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi