Modern.az

Bunu Qarabağda sübut etdiniz – Ərdoğandan önəmli MESAJLAR

“Bunu Qarabağda sübut etdiniz” – Ərdoğandan önəmli MESAJLAR

Aktual

14 May 2022, 20:42

Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər. Azərbaycan və Türkiyə liderləri mərasimdə çıxış edib.

 

Modern.az Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışının tam mətnini təqdim edir:

 

- Azərbaycan Prezidenti qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici.

 

Hörmətli rizeli və artvinli həmyerlilərim, hörmətli qonaqlar.

 

Sizləri ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

 

Ölkəmizin qürurverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə, bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.

 

Qardaşım Əliyevə, cənab Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.

 

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq.

 

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

 

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğuladı. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı dedi:

 

- Türkiyənin ikiəsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz.

 

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

 

- Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu