Modern.az

21 yaşlı 3 uşaq anasının düşdüyü qəza ilə bağlı YENİ FAKTLAR

21 yaşlı 3 uşaq anasının düşdüyü qəza ilə bağlı YENİ FAKTLAR

16 May 2022, 13:20

Xəbər verdiyimiz kimi, Qazaxda 3 uşaq atası qəza törədib, özü və həyat yoldaşı ağır xəsarət alıb.

 

Bu barədə Modern.az-ın əldə etdiyi məlumatı Baş Dövlət Yol Polisi İdarəsindən təsdiqləyiblər.

 

Bildirilib ki, mayın 14-ü günorta saatlarında Bakı-Qazax-Gürcüstan dövlət sərhəd avtomobil yolunun Qazax rayonu Çaylı kəndindən keçən hissəsinin 476-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

1994-cü il təvəllüdlü Qazax rayon sakini Əfəndiyev Hikmət Yaqub oğlunun idarə etdiyi 35 BL 230 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil idarəetməni itirib və ağaca çırpılıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan sərnişin, 2001-ci il təvəllüdlü Əfəndiyeva Bahar Şakir qızı və sürücü xəsarət alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

İddialara görə, Hikmət Əfəndiyev və həyat yoldaşı Bahar Əfəndiyeva boşanma ərəfəsində olub. Onlar ayrılmaq üçün məhkəməyə müraciət etmək qərarına gəliblər. Yerli sakinlər arasında gəzən fikirlərə əsasən, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, sürücü avtomobildə olarkən həyat yoldaşı və qayınanası ilə mübahisə edib. O, mübahisə zamanı idarəetməni itirərək, qəza törədib.

 

Həmçinin oxuyun:

Boşanmağa hazırlaşan ailə qəzaya düşdü – Sakinlərdən ŞOK İDDİA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi