Regionda ticarətin liberallaşdırılması üçün danışıqların aparılmasını, İƏT üzvlərinə təşkilatın bankı tərəfindən aşağı faizlərlə kreditlərin verilməsini, təşkilat ölkələri arasında viza rejiminin sadələşdirilməsini təklif edirik.
Modern.az xəbər verir ki, bu fikirləri İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında çıxışı zamanı səsləndirib.
O bildirib ki, İran təzyiqlərə baxmayaq, hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olub: "Biz qonşularla aktiv əlaqələrin qurulması, Şərq və Qərblə balanslaşdırılmış siyasətin tərəfdarıyıq".