İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb.
Modern.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Parlament Asambleyasının Baş katibi Tahir Hussain bildirib.
Onun sözlərinə görə, bəyannamənin mətni artıq razılaşdırılıb.